Əsas menu

Azərbaycanda qeyri-adi toy karvanı – VİDEO 

Ağcabədidə təşkil edilən toy karvanı görənlərin marağına səbəb olub. Toy günü qız evinə yola düşən avtomobil karvanına gözlənilmədən 10 ədəd bəzədilmiş traktor da qoşulub. Toy karvanı o qədər maraqlı alınıb ki, gəlin gətirən başqa bir avtomobil karvanı da onlara qatılıb. 

Bizimxeber.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, qeyri-adi karvan Ağcabədinin Poladlı kəndində, Rabil Əliyevin toy mərasimində təşkil edilib. Bəy və dostları traktorçu olduğundan toy karvanına traktorları da qoşmaq qərarına gəliblər. Dostları bu şəkildə Rabil Əliyevi təəccübləndirmək istəyiblər.

Toy karvanına qoşulmaq istəyən tarktorların sayı çox olub. Lakin bəyin atası təhlükəsizlik səbəbindən karvanda 10 traktorun iştirak etməsini məsləhət görüb. Qeyri-adi toy karvanını görənlər bunu mobil telefonlar vasitəsilə lentə alıblar.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*