Əsas menu

Taleh Qaraşov Yasamalın icra başçısı olmaq istəyirmiş? 

İmişlinin icra başçısı Vilyam Hacıyev isə səylərini davam etdirir

5 aydan artıqdır ki, icra başçısız qalan Yasamal rayonuna kimin təyin ediləcəyi ilə bağlı maraqlı məlumatlar dolaşmaqdadır. Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, Yasamalın icra başçısı olmaq üçün ilk əvvəl Lənkəran icra başçısı Taleh Qaraşov irəli atılıb. 

Bir neçə şəxslə məsləhətləşən T.Qaraşovun məsələnin həlli üçün Türkiyəyə 5 günlük səfər etdiyi deyilir. İcra başçısının Türkiyəyə niyə getdiyi barədə dəqiq və rəsmi məlumat verilməsə də, ehtimal olunur ki, müəyyən adamlarla görüşə bilib. Amma səfər müalicə adı daşıyıb. Oz yaxın ərtafına noyabrın ikinci ongünlüyündə Yasamala icra başcısı təyin olunacağını deyən T.Qaraşova isə “yox” cavabı verilib. 

Lənkərandakı fəaliyyəti o qədər də uğurlu hesb edilməyən Qaraşovun səhhəti də öz artıq işləməyə imkan vermir. İnfarkt keçirən icra başçısı daimi həkim nəzarətindədir.

Bu arada Bizimxeber.az-a verilən məlumata görə, İmişlinin icra başçısı Vilyam Hacıyev də Yasamalın icra başçısı olmaq arzusunda olanlar arasındadır. İllərdir İmişlidən uzaqlaşaraq paytaxta gəlmək istəyən Vilyam Hacıyevin Yasamala gəlişi mümkünsüz hesab edilsə də, birinci cəhdlərini davam etdirir. Redaksiyaya daxil olan məlumata görə, Vilyam Hacıyev Bakıdakı rayonların birinə icra başçısı təyinatı üçün dəfələrlə səylər göstərib. Hər dəfəsində də alınmayıb. Ümumiyyətlə, Vilyam Hacıyevin adı yaxın qohumları ilə pul qalmaqalında hallanıb, dəfələrlə gərginlik dolu məlumatlar mətbuatda geniş müzakirə mövzusu olub.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*