Əsas menu

Avtoidman həvəskarlarının diqqəti Küveytdə – VİDEO 

Küveytdə keçiriləcək “Car Park Drift 2017”-in final yarışları yaxınlaşdıqca, bütün diqqətlər driftinq və öz həyatını bu idman növünə həsr edən idmançılar üzərində cəmləşir. Drift sürüş texnikası – sürücünün öz avtomobilini kiçik döngələrdə belə seçilmiş istiqamətdən qəsdən döndərməsidir. Bu idman növü artıq məşhur beynəlxalq avtoidmana çevrilib.

Küveyt şəhərində keçiriləcək regionun ən böyük yürüşü olan “Red Bull Car Park Drift 2017”-in finalına “Driftin Kralı” titulu uğrunda mübarizə aparmaq üçün Yaxın Şərqin və Afrikanın ən bacarıqlı drifterləri gələcək. Küveyt dekabr ayının 8-i, cümə günü “SIRBB Circuit” adlı trasda 2,500-dən çox tamaşaçı qəbul etməyə hazırlaşır.

İlk dəfə bu yarış Livanda təşkil edilib və bu tədbir driftinq həvəskarlarına və peşəkarlarına, tamaşaçıların diqqətini cəlb etməklə öz bacarıqlarını nümayiş etdirmək və tac uğrunda mübarizə etmək imkanını bəxş edir.

Keçən il Omanda keçirilən finalda qaliblər podiumuna başçılıq edən üç məşhur Oman təmsilçiləri çox maraqlı avtoyürüş nümayiş etdirdilər. Yürüş iştirakçısı debütant Haitham Al Hadid öz tacını parlaq nəticələrinə görə 18 yaşında alıb.

İlk dəfə driftinq XX əsrin 60-cı illərində Yaponiyanın əyri-üyrü dağlıq yollarında yaranıb. Bir qrup həmfikirli yarışçılar kəskin döngələri dönərkən şinləri tutma həddini aşaraq trasda qələbə uğrunda yürüşə başlayıblar. 2005-ci ildə “Red Bull” şirkəti driftinq idman növünü inkişaf etdirməyə başladı və Yaxın Şərqdə onun atəşini yandırmağa qərar verdi ki, həmin atəş bu günə kimi alovlanır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*