Əsas menu

Pambıq yığıb evə gəldi – bacısının meyitini tapdı – TƏFƏRRÜAT 

Kürdəmirdə 55 yaşlı qadının intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb. Rayonun Qarasaqqallı kənd sakini olan 1962-ci il təvəllüdlü Mehparə Rəsulovanın həyat yoldaşından ayrılandan sonra psixoloji problemləri yaranıb. Bacısı ilə birgə yaşayan qadın ruhi xəstə kimi qeydiyyata alınıb.

Bildirilir ki, M.Rəsulova özünü asarkən evdə ondan başqa heç kim olmayıb. Dünən axşam saatlarında onun pambıq yığmaqla məşğul olan bacısı evə gəlib və Mehparəni tapa bilməyib. Daha sonra tövləyə baxan qadın bacısının özünü asdığını görüb.

Araşdırmalar davam etdirilir.

*****9:53

Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, rayon sakini, 1962-ci il təvəllüdlü Rəsulova Mehparə Ramazan qızı özünü yaşadığı evin həyətindəki tövlədə asıb. 55 yaşlı qadının sintetik ipdən asılı qalmış meyitini yaxınları aşkarlayıb. Məlum olub ki, o, bir müddət əvvəl həyat yoldaşından boşanıb və bu səbəbdən depressiyaya düşüb. Araşdırma aparılır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*