Əsas menu

Saakaşvili azadlıqda – Canlı yayım 

Kiyevdə Mixail Saakaşvilinin tərəfdarları siyasətçinin hüquq mühafizə orqanları tərəfindən aparıldığı avtomobilini mühasirəyə alaraq onun irəlləməsinə mane olub. Tərəfdarları əvvəlcə avtomobili devirməyə cəhd etsələr də hüquq mühafizə orqanları buna mane olublar.

Daha sonra isə onlar avtomobilin qarşısını kəsərək onun irəlləməsinə imkan verməyiblər. Hüquq-mühafizə orqanları etirazçılara mane ola bilmir.

***

Mixail Saakaşvilinin tərəfdarları ilə hüquq-mühafizə orqanları arasında xırda toqquşmalar baş verib. Siyasətçinin tərəfdarları ərazidə barrikadalar yaratmağa başlayıb.

***

Mixail Saakaşvili saxlanıldığı avtomobildən buraxıldı. Siyasətçi hazırda tərəfdarlarının arasındadır və xalqa səslənir.

 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*