Bizimxeber.az xəbər verir ki, sözü gedən şirkət nə az, nə çox, düz 14 əməkdaşını Şölen, ETİ və Nestle fabriklərinin dəstəyi ilə “Roma”-“Qarabağ” matçını  canlı izləmək üçün İtaliyaya göndərib.
Roma Olimpiya stadionundan oyuna canlı baxmaq şansını əldə edənlər Veysəloğlu şirkətinin satış təmçiləridir ki, onlar ay ərzində işlərini layiqincə yerinə yetirdikləri və satış hədəflərini maksimum icra etdikləri üçün motivasiya məqsədilə bu mükafata layiq görülüblər.
Qeyd edək ki, “Roma”-“Qarabağ” oyunu Bakı vaxtilə saat 23:45-də başlayacaq.