Əsas menu

Vergilər və Təhsil nazirliklərinin saytında dəyişiklik edildi 

Dünən Prezident İlham Əliyevin sərəncamı ilə iki nazir – Vergilər naziri Fazil Məmmədov və Təhsil naziri Mikayıl Cabbarov tutduqları vəzifədən azad ediliblər. Prezidentin növbəti sərəncamı ilə isə keçmiş M.Cabbarov vergilər naziri vəzifəsinə təyin edildi. 

Vikipediyada yeni dəyişiklik əksini tapıb. Ancaq maraqlıdır ki, hər iki nazirliyin rəsmi saytlarında bu barədə məlumat yoxdur. Hətta Vergilər Nazirliyi sərəncamı belə yerləşdirməyib. Əksinə, ötən gün Fazil Məmmədovun nazir olaraq keçirdiyi kollegiya iclası “son xəbər” olaraq qalmaqdadır.

Təhsil Nazirliyinin rəsmi saytındakı “struktur” bölməsində də Mikayıl Cabbarov nazir kimi göstərilir. Vergilər Nazirliyinin saytında isə “Vergilər Nazirliyinin rəhbərliyi” bölməsi tamamilə boşdur. Nə keçmiş nazir Fazil Məmmədov haqqında saytda məlumat var, nə də sözügedən vəzifəyə yeni təyin edilən Mikayıl Cabbarovla bağlı hər hansısa arayış qeyd edilib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*