Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsinə də qərar verilib. Sanksiyaya məruz qalan Mehdizadə bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apelyasiya Arbitraj Tribunalına qərarla bağlı apelyasiya şikayəti verə bilər.
Qeyd edək ki, bundan öncə “Keşlə”nin futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidov da danışılmış oyunlarda təqsirli bilinirərək ömürlük cəzalandırılıb.