Əsas menu

Miri Yusifdən konsertqabağı növbəti sürpriz – VİDEO 

Məşhur müğənni Miri Yusif konsertqabağı pərəstişkarlarını sevindirməyə davam edir. O, Əməkdar artist Röya Ayxanla duet şəklində ifa etdiyi “Yaxşı ki varsan” adlı yeni mahnı təqdim edib. Mahnının musiqisi Tural Əliyevə, sözləri Miri Yusif və Orxan Qarabasmaya aiddir.

İfaçı bir müddət əvvəl saytımıza açıqlamasında bildirib ki, konsert planları ilə bağlı dəyişiklik edib. Hit mahnıların ifaçısı iki gün deyil, üç gün  – 8, 9, 10 dekabrda Heydər Əliyev Sarayında konsert verəcəyini söyləyib. Müğənnini buna biletlərin hamısının satılması və sevənləri tərəfindən konsert verəcəyi günlərin sayının artırılması təkidi vadar edib.

Məhz böyük fanat ordusu və sadiq dinləyicilərinə görə o, dekabrın 10-da Türkiyədə təşkil olunacaq “Altın Kələbək Ödülləri” mükafatlandırma mərasimindən imtina edib. Baxmayaraq ki, müğənni Türkiyənin məşhur simaları ilə yanaşı, “Ən yaxşı kişi pop ifaçısı” nominasiyası üzrə namizədlər siyahısına daxil olunub.

Solo karyerasına başladığı anda olduğu kimi, bu dəfə də baş tutacaq konsert proqramında müğənniyə əsas dəstək verən “SS Production”dur. Konsertin sponsoru “Haval” avtomobil şirkətidir. 8, 9, 10 dekabrda keçiriləcək üçgünlük konsertin informasiya dəstəyi “Xəzər” televiziyası, “100.5 FM”, “Araz FM”, Bax.tv video portalı və Oxu.Az saytıdır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*