Əsas menu

6 saylı tam orta məktəb-liseyi Ağdama xeyriyyə səfəri etdi 

6 nömrəli tam orta məktəb-lisey artıq bir aydan çoxdur ki, hazırlaşdığı Ağdama xeyriyyə səfərini artıq gerçəkləşdirib. Başda məktəbin direktoru əməkdar müəllimi Gülsən Orucova olmaqla, məktəbin on bir  müəllimi də  heyəti səfərdə iştirak edib. 

Bizimxeber.az daxil olan məlumata görə, səfər zamanı, Ağdam rayonu, 106 saylı köçkün tam orta məktəbində I-XI siniflərdə təhsil alan 348 şagirdə geyim əşyaları, dərs vəsaitləri,dərs ləvazımatları təqdim olunub. hədiyyələr edilmisdi. Bundan əlavə, 25 şəhid ailəsi ərzaqla  təmin edilib. Şagirdlərin əylənməsi məqsədilə Xəzər TV və kiçik musiqi qrupu da səfərdə iştirak edib.

Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Ağdamda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbəni ziyarət etmək, az da olsa, onlarla hər zaman həmrəy olduqlarını hiss etdirə bilmək səfər iştirakçılarının əsas məqsədi olub.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*