Əsas menu

“Nissan” 24 mindən çox avtomobili geri çağırdı 

“Nissan” şirkəti Rusiyada 24 mindən çox avtomobili geri çağırıb. Trend-in məlumatına görə, qərar avtomobillərdəki naqillərdə qeydə alınan texniki qüsurlarla və təhlükəsizlik yastıqlarının düzgün işləməməsi ilə əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin sentyabrından 2016-cı ilin iyulunadək satılmış “Qashqai” və 2005-ci ilin avqust ayından 2007-ci ilin yanvarınadək satılmış digər modellərə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*