Əsas menu

Namizədlər üçün pulsuz efir vaxtı ləğv edilir? 

Seçki Məcəlləsində namizədlərə pulsuz efir vaxtının ləğv edilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, əvvəllər pulsuz efir vaxtı və dövri mətbuat üçün namizədlərə ayrılan vəsait onların özünə verilirdi: “Namizəd həmin vəsaiti müvafiq istiqamətdə xərcləyirdi, xərcləmədiyi vəsaiti isə dövlət büdcəsinə geri qaytarırdı”.

Komitə sədri qeyd edib ki, 2010-cu ildə Seçki Məcəlləsinə dəyişklikdən sonra isə pulsuz efir vaxtı və dövri mətbuat üçün dövlət büdcəsindən ayrılan vəsait birbaşa mətbuat vasitələrinə ödənilir: “Bu baxımdan namizədlərə ayrılan vəsaitlərlə bağlı maddələrə ehtiyac qalmır və onların ləğv edilməsi zərurəti yaranır. Lakin həmin maddələrin ləğv edilməsi pulsuz efir vaxtının ləğv edilməsi demək deyil. Heç bir halda namizədlər üçün pulsuz efir vaxtı ləğv edilə bilməz”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*