Əsas menu

Nazirdən idarə rəhbərlərinə qarşı TƏLƏB 

Yeni yaradılan regional mədəniyyət və turizm idarələri turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2017-ci ilin yanvarından işə başlayan regional idarələrin fəaliyyətinə həsr olunmuş müşavirədə çıxış edərkən deyib.

Ə.Qarayev qeyd edib ki, ölkəmizə gələn turistlərin sayı getdikcə artır: “Yeni yaradılan regional mədəniyyət və turizm idarələri bu tədbirlərə öz töhfələrini verməli, ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir”.

Nazir regionlarda mədəniyyət və turizm xidmətlərinin müasir tələblər səviyyəsində qurulmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, regionlarda mədəni xidmətlərin səviyyəsinin artırılması, konsertlərin təşkili, kino nümayişinin genişləndirilməsi vacibdir.

Bunun üçün regionlarda çalışan işçilər üçün müvafiq təlimlər, ixtisasartırma kursları təşkil olunacaq, əməkdaşların müasir informasiya texnologiyalarından istifadəsi üzrə bilikləri genişləndiriləcək. Bu istiqamətdə ortaya çıxan çətinliklərin həll edilməsi, müvafiq sənədləşmə işlərinin düzgün həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılmalıdır.

Ə.Qarayev idarə rəhbərlərindən işlərinə daha ciddi yanaşmağı tələb edib və onların səmərəli fəaliyyət göstərməsi üçün tapşırıqlar verib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*