Əsas menu

İlon Maskın raketi həyəcanlı anlar yaşatdı – VİDEO 

İlon Maska məxsus “SpaceX” şirkəti “Falcon 9” raketini kosmosa buraxan zamanı ABŞ-ın Los-Anceles şəhərinin səmasında qeyri-adi mənzərə yaranıb. 

“SpaceX” şirkəti raketi günəş batarkən kosmosa buraxdığı üçün yerli sakinlər qurğunun səmadakı görüntülərini izləyə biliblər. Görüntülər tamaşaçılara həyəcanlı anlar yaşadıb.

“Falcon 9”-un kosmosa buraxılışını seyr edənlər arasında sürücülər də olub. Belə ki, yüzlərlə sürücü raketi səmada izləmək üçün avtomobilin sürətini azaldıb. Bu, tıxac yaradıb, qəzaya səbəb olub.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*