Əsas menu

Tələbələrin imtahan fırıldağı 

Bakı Slavyan Universitetinin tələbələri imtahanda hiylə ediblər. Bu barədə vəkil Aqil Layıc özünün feysbuk səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, bu gün universitetin  Filologiya və Xarici dil Müəllimliyi Fakultəsinin tələbələri (rus bölməsi), Nizami Gəncəvinin yaradıcılığı mövzusunda imtahan verib. Tələbələrin hər biri eyni qələmdən istifadə edib. Bu məsələ nəzarətçilərin diqqətini cəlb edib.

Qələmləri yoxlayarkən bəlli olub ki, hər birinin üstlərində imtahana düşəcək sualların əsas ana xətləri qeyd olunub. Nəticədə təxminən 40-50 qələm müsadirə edilərək götürülüb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*