İttiham aktında onların adı 15 iyul dövlət çevrilişinə cəhd planlaşdıran şəxslərin siyahısında olub, onların FETÖ-çülərin “ByLock” şəbəkəsindən istifadə etdiyi iddia edilirdi. Sərbəst buraxılan yüksək rütbəli hərbçilərin FETO-çülər tərəfindən şərləndiyi qeyd olunur.
Azadlığa çıxan generalların siyahısı: Erdal Öztürk, Veli Yıldırım, Şener Yazıçıoğlu, Ömer Mesut Ak, Ali Akyürker, Murat Yaygın, Celalettin Çoban, Ercan İnceoğlu, Abdulla Barutcu, Ersin Yıldırım, İsmet Gökhan Gülmez, Adnan Arslan, Salih Sevil, Osman Nadir, Ersal Ölmez, Mustafa İlter, Abdullah Baysar, Mesut Savaş.