Əsas menu

“Aygün nə ixtiyarla özünə sənətkar deyir?” 

Azərbaycanın xalq artisti Ceyran Haşımova əməkdar artistlər Aygün Bəylər və Röya Ayxanın yaşadığı qalmaqala münasibət bildirib. O, ARB-də yayımlanan “Sayqa ilə bu axşam” verilişinə qonaq olarkən A. Bəyləri tənqid edib. C. Haşımova Bəyləri sənətkar hesab etmədiyini vurğulayıb: 

“Dahilər də bir-birilərini məhkəməyə verə bilərdilər. Keçmişdə sənət var idi. Aygün Bəylər istedadlıdır, uşaqlıqdan tanıyıram.  Mənə elə gəlir ki, musiqi onun canına elə hopub ki, danışığını belə bilmir. Onun nə ixtiyarı var ki, özünə sənətkar desin? O sözü demək olmaz, günahdır. Sənətkarlar öz haqqında danışmazlar. 40 il sənət aləmində sözünü deyənlər heç demirlər ki, mən sənətkaram”.

Qeyd edək ki, Aygün Bəylər “Səhər-səhər” verişində özünü sənətkar adlandırmış, Röyanın isə sənətinin olmadığını bildirmişdi.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*