Əsas menu

Şamaxıya qar yağdı 

Yanvarın 10-da gecə saatlarından başlayaraq Şamaxıya qar yağır. Müvafiq strukturlar gücləndirilmiş iş rejiminə keçib. Yolların qardan təmizlənməsinə lazımi qədər texnika və işçi qüvvəsi cəlb olunub.

Rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova bildirib ki, qarın yağması daha çox bölgənin şimal dağlıq hissəsində – Dəmirçi, Pirqulu, Nağaraxana, Çuxuryurd, Əngəxaran, Məlhəm və digər ərazilərində intensiv hal alıb. Günortayadək bu yerlər tamamilə ağ örpəyə bürünüb. Bəzi ərazilərdə qarın qalınlığı 5-7 santimetrə çatıb. Axşamüstünədək elektrik enerjisində heç bir fasilə olmayıb. Məktəblər normal istiliklə təmin edilib. (AzərTAc)

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*