Əsas menu

«NİCAT-NƏZRİN» MMC Vergilər Nazirliyini məhkəməyə verib 

«NİCAT-NƏZRİN» MMC-nin ƏDV depoziti hesabından Vergilər Nazirliyi tərəfindən qanunsuz silinmiş 6599.00 manat məbləğə görə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qanunsuz yollarla silinmiş 6599.00 manat məbləğin geri qaytarılması öhdəliyinin Vergilər Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə müraciət edib. 

MMC-dən Bizimxeber.az-a daxil olan məlumata görə, hazırda məhkəmə prosesi davam edir. İş hakim Elçin Məmmədovun icraatındadır və 16 yanvar 2018-ci il tarixə (saat 12:00) təyin edilib.

Məlumatda qeyd olunur ki, bu gün, “NİCAT-NƏZRİN” MMC bu qanunsuz hərəkəti etmiş Vergilər Nazirliyinin əməkdaş və ya əməkdaşlarının məhkəməyə şahid qismində cəlb olunması barədə vəsatət qaldırıb. 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*