Əsas menu

“Ailəmizin banka qoyduğu pul 2 milyondan çox olub” – “DəmirBank”dan şikayətçi 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər – “DəmirBank”ın Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi keçirilib. Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə zərərçəkmiş Əzizə Axundova ifadə verib.

O bildirib ki, F. Rəşadətlinin qohumudur: “Bankdan şikayətçiyəm, əvvəl 400 min əmanət qoyduq, ümumi 1 milyon 115 min manat idi. 2015-ci ilin aprelində dollara çevirdik, oktyabr ayına kimi faizi aldım. Sonra isə ala bilmədik. Maraqlandım, Fərəh dedi bankda problem var, verəcəyik. Sonra pulumuzu götürmək istədik, o da uzandı. Biz də bankdan şikayət etdik, rəhbərlik də işi Fərəh xanımın üstünə atdı. Mən Fərəh xanımdan şikayət etməmişəm.

Müqaviləni Fərəh xanımla bağladıq, çünki qohumumuz idi deyə onu seçdik. Onun bacısı bizim gəlinimizdir. Ora oğlum Tural Axundovla birgə getmişdik. Mən 2014-cü ildə qoyduğum 250 min manatın faizini ayda 3 mindən çox olaraq 2015-ci ilin oktyabrına kimi almışam. Qalan pulun isə faizini almamışam, çünki deyilmişdi ki, yığılıb pulun üstünə gəlsin. Pulumu da Fərəh xanımdan yox, bankdan tələb edirəm”.

F.Rəşadətli deyib ki, Ə.Axundova yalan danışır: “2012-ci ildə qoyduqları pulun faizini 2015-ci ilin dekabr ayına kimi alıblar. Amma Əzizə xanım heç vaxt bizim filialda olmayıb, mənə əlbəəl pul verməyib”.

Tural Axundov ifadə verərək deyib ki, Fərəhi tələbə vaxtlarından tanıyıb: “Qohum olandan sonra əlaqələrimiz yaxşılaşdı. Fərəh filial müdiri təyin olunandan sonra mənə dedi ki, bura çoxlu pul qoyulsa, onun portfeli müsbət olacaq. Mən xırda-xırda məbləğlərdə pul qoymağa başladım. 2011-ci ildə 85 min pul qoydum. O bizə demişdi ki, qoyduğumuz pulları faizi ilə birlikdə sonda alacağıq. Ümumi olaraq ailəmizin qoyduğu pul 2 milyondan çox olub. Vaxtımız gələndə istədik, vaxtı uzatdı, şikayət etdik. Atamı bankın sədri özü çağırıb danışdı”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*