Əsas menu

Səbuhi Rəhimli: “Allahı bürc səviyyəsinə salmaq olmaz” 

Bu gün astrologiyaya maraq kifayət qədər çoxdur. Hətta elə insanlar var ki, işlərini günlük proqnozlara uyğun qururlar. Hazırda ölkəmizdə astrologiyayla məşğul olan bir neçə mütəxəssis var ki, onlardan biri də Səbuhi Rəhimlidir. Bir neçə gün əvvəl Səbuhi müəllimlə görüşüb, onunla bizi maraqlandıran bəzi suallar ətrafında söhbət etdik. Müsahibimləhəm də jurnalistika sahəsindəki fəaliyyəti barədə danışdıq:

-Başlayaq elə ixtisasınızdan, aktyorluq təhsili almısınız. Bəs niyə fəaliyyətinizi bu sahədə davam etdirmədiniz? İnsanlar sizi astroloq kimi tanıyırlar. Çoxları şair olduğunuzu, eyni zamanda jurnalistlika ilə məşğul olduğunu bilmir…

-Uşaqlıqdan yaradıcılığa, eləcə də, yazı-pozuya həvəsim var. Bəlkə də, bu, ziyalı ailəsində doğulmağımdan irəli gəlib. Orta məktəbdə oxuduğum illərdə müxtəlif qəzetlərə məqalələr göndərmişəm. Dəfələrlə ən yaxşı və ən çox məqalə yazan məktəbli kimi fəxri fərmanla təltif olunmuşam. Hərbi xidmətdə olduğum illərdə də qələmi əlimdən yerə qoymamışam. Təkcə həmin müddətdə 58 yazı, o cümlədən, əsgər həyatıyla bağlı reportajlarım yerli qəzetlərdə işıq üzü görüb. Eyni zamanda onu da deyim ki, gənclik illərimdə aktyorluğa meylim olub. Hərbi xidməti başa vurduqdan sonra İncəsənət Universitetinə qəbul oldum. Beş il elə öz ixtisasım üzrə çalışdım. 1994-ci ildən “Bozqurd” qəzetində müxbir kimi fəaliyyətə başladım.

-Necə oldu ki, astrologiya ilə məşğul olmağa başladınız?

– Sonralar iş elə gətirdi ki, jurnalistikada ixtisaslaşma baş verdi. Mən də90-cı illərin sonundan qəzetlərdə astrologiya ilə bağlı yazılarla çıxış etməyə başladım. Mən təkcə proqnoz vermirdim, həm də bürclərin psixologiyası, fərdi xüsusiyyətləri və s. haqda oxucuları məlumatlandırırdım. Bununla yanaşı, həmin vaxtlarda ədəbi yaradıcılıqla məşğul olur, ssenarilər yazırdım. Ssenarilərim müntəzəm olaraq “Ekspress” qəzetində dərc olunurdu. Keçən əsrin sonundan insanlar arasında astrologiyaya maraq olduqca böyük idi. Bu da təsadüfi deyildi. O zamanlar insanlar astrologiyanın necə bir elm olduğu barədə məlumatsız idilər. Daha ətraflı desək, bu haqda informasiya qıtlığı vardı. Mən də əksəriyyətin maraq göstərdiyi elmi dərindən öyrənməyə və redaktoru olduğum “Qoroskop” qəzeti vasitəsi ilətəbliğ etməyə başladım.Qeyd edim ki, qəzetdəsadəcəastro-proqnozlar deyil, o cümlədən mütəmadimənəvi-əxlaqi köşə yazıları, tariximizlə bağlı müxtəlif məlumatlar da dərc olunurdu. Qəzetin yalnız bir səhifəsi astro-proqnozlarla bağlı idi. Öz məqalələrim də müntəzəm olaraq burda yayımlanırdı. Sadəcə, açığını desəm, insanlar Səbuhi Rəhimlinin köşə yazılarıyla, məqalələriylə deyil, onun verdiyi astro-proqnozlarla daha çox maraqlanırdılar.Bəlkə də, elə buna görə yeni nəsil məni yalnız astroloq kimi tanıyır.

-Ötən həftələrdə “Qoroskop” fəaliyyətini dayandırdı. Bildiyimə görə, müəyyən maddi çətinliklərlə üzləşdiyi üçün qəzetin fəaliyyəti dayanıb. Bu haqda ətraflı məlumat verərdiniz.

-Qəzetimiz 1999-cu ildən bəri fəaliyyət göstərirdi. Bu qəzeti yaratmaqda məqsədim əlavə maddi gəlir eldə etmək olmayıb. Hətta bir şeyi də xüsusi vurğulayım ki, qəzetdə ara-sıra yayımlanan reklamlar üçün belə pul tələb etmirdim. Gəlir eldə etməsəm belə, insanların idealoji tərbiyədən kənarda qalmamaları üçün  qəzetin nəşrinə davam etdim. Qəzet kiminsə yardımı olmadan öz hesabına bugünlərədək gəlib çıxıb. Çoxlu oxucu kütləsinə sahib olan bir mətbu orqan olub. Burada mütəmadi olaraq jurnalist dostlarımın, bir çox elmlər namizədlərinin və tanınmış şəxslərin məqalələri dərc olunub. Qəzetin fəaliyyətinin dayanmasının bir neçə səbəbləri var. Yəqin, siz də təstiqləyərsiniz ki, artıq qəzet dövrü tükənməyə başlayıb. İnsanlar istənilən informasiyanı tez bir zamanda internetdən, sosial şəbəkələrdən əldə edirlər və ənənəvi mediaya ehtiyac duymurlar. Metrolardan qəzetlərin satışının yığışdırılmasıvə yalnız köşklərdə satılması da onsuzda aşağı olan qəzet satışını olduqca aşağı saldı. Digər bir səbəb kimi satışla məşğul olan firmaların bizə və digər mətbu orqanlara külli miqdarda borclu qalması idi. Nəticədə belə qərara gəldik ki, qəzetin fəaliyyətini dayandıraq.

-Bəs bu barədə yardım üçün KİVDF-ə müraciət etmisiniz?

-“Qoroskop” elə bir qəzet deyil ki, ianə toplasın, hansısa şərtlər altında yardım alsın. Fəaliyyət göstərdiyimiz 18 ildə bir manat da haradansa, kimdənsə yardım, kömək almamışıq. Heç Mətbuat Şurasının üzvü də deyilik. Bir neçə dəfə müraciət etsək də, qəbul etməyiblər. “Qoroskop” müstəqil media orqanıdır. Sözün əsl mənasında müstəqil….Belə qəzetlərə isə təmənnasız yardım etməzlər. Əslində heç özüm də istəmərəm. Mən ən yaxşı halda metro keçidlərində qəzet satışının bərpası üçün müraciət edə bilərəm, satış pulunu gecikdirən və ya verməyən firmalarla bağlı səlahiyyətli orqanlara müraciət edərəm.  Amma xaraktercə elə biriyəm ki, cavabını bildiyim sualları ünvanlamıram. Boşuna enerji itirməyə də vaxtım yoxdur.

-Qəzetin fəaliyyəti nə vaxtsa yenidən bərpa oluna bilərmi?

-Maddi cəhətdən problemlər aradan qalxdıqdan sonra ola bilər ki, qəzet yenidən oxucuların görüşünə gəlsin. Amma bu, dəqiq deyil. Bəlkə də, bu, “Qoroskop”-un son sayı idi…

-Redaktoru olduğunuz mətbu orqan bağlandı. Bəs hazırda nə işlə məşğulsunuz?

-Fəaliyyətim təkcə qəzetləməhdudlaşmır.İndi də digər KİV-lərdə fəaliyyət göstərirəm. Televiziya və radioyla bağlı yeni layihərimiz var və bu barədə danışıqlar aparılır.

-Bəzilərinin fikrincə, astrologiya elm deyil, ona daha çox fal və batil inanc kimi baxılır. Bu barədə düşüncələrinizi bölüşərdiniz…

-Qeyd etdiyiniz məsələ haqqında öz müsahibələrimdə, çıxışlarımda dəfələrlə danışmışam. Astrologiya bir elmdir və onun öz işləmə mexanizmi, fundamental elmi əsasları var. Bu, riyazi hesablamalara əsaslanan elmdir. Lakingətirilən arqumentlərə və verilən suallara cavab vermək üçünastrologiyanın hansı yerdə, nə üçün fəaliyyət göstərdiyinə baxmaqdaha doğru olar. Astrologiya insanları və onların daxili quruluşunu meydana gətirən təsirləri müəyyən etməyə çalışan bir elmdir. Bəli, astrologiyanı elm hesab etməyən insanlar olduqca çoxdur. Bu, keçmişdə də olub. Faktlar göstərir ki, kosmos insana təsir edir. Ancaq elm bunu qəbul etmir. Elm israrla astrologiyanın yalan olduğunu deyir.Astrologiya və planetlərarası boşluqlar haqqında biliklərimiz artdıqca görürük ki, insan həyatına planetlərin təsiri böyükdür. MəsələnGünəş tərəfindən yaradılan güclü sahə Günəş sistemi planetlərinə təsir edir və Günəş şüalanmasındakı dəyişikliklər Yerdəki bütün həyatı dəyişdirir. Günəş üzərində olan ləkə və partlayışlar orada burulğanlara səbəb olur və plaanetimizdəki hava şəraitinə güclü təsir edir, xüsusən də atmosferin yuxarı təbəqələrində yerləşən ionosferaya və mənfi ionları bizim hərəkətimizə, hisslərimizə və davranışımıza təsir edir.Yaxud daGeomaqnetizm insanların və heyvanların orqanizmlərinə təsir edir və bütün canlılar geomaqnit sahəsində baş verən dəyişikliklərə reaksiya verirlər.Bu sıranı davam etmək üçün 100-dən çox misal gətirmək olar. Sadəcəbu elm ən böyük damğasını Qoroskop sözünə “fal” və ya “ulduz falı” deyiləndə aldı. Halbuki astrologiya, sadəcə, proqnoz verməklə məşğul olan bir elm deyil. Proqnoz onun 140-dan çox qolundan yalnız biridir. Astrologiya insanın ana bətninə düşdüyü andan etibarən planetlərin, ulduzların ona təsirini araşdıran bir elm olduğuna görə, fal və ya hansısa batil inanc sistemindən söhbət gedə bilməz. Astrologiya qüsursuzdur, əgər bir qüsur varsa bu onu yanlış təbliğ edənlərin günahıdır, elmin yox.

-Astrologiya və din bir-biri ilə bağlıdırmı?

-Sualınıza “hə, bağlıdır” deyə cavab vermək çətindir. Heç bir şey bir-birinə tam şəkildə bağlı deyil. Bəziləri İslamda astrologiyanı inkar edən ayələrin olduğunu deyirlər. Xüsusi qeyd edim ki, Qurani-Kərimdə astrologiyanı inkar edən heç bir ayəyoxdur. Əksinə təstiq edən bir neçə müddəalar var. Misal olaraq “Bəqərə” surəsinin 60-cı ayəsini göstərə bilərik. Bunu hara yozsalar da, məğz dəyişmir: “Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” dedik. O, əsanı daşa vuran kimi daşdan on iki çeşmə püskürdü və hər kəs öz çeşməsini tanıdı”. “Vaqiə” surəsində deyilir: “And olsun ulduzların bürclərdəki mənzillərinə! Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz”.Bunlar kimi bir neçə surələrdə Astrologiyanı təstiqləyən ayələr var.

-Maraqlıdır ki, hər kəs astroloq ola bilərmi?

-Öncəliklə bu sahəni sevmək lazımdır. Astrologiya elə bir elmdir ki, bütün sahələr üzrə bilikli olmağı tələb edir. Yəni astroloq olmaq üçün təkcə ulduz xəritəsini bilmək kifayət etmir, həm də psixologiya, fəlsəfə, din, tarix və digər sahələr haqqında məlumatlı olmalısan. Məsələn, mən 20-ə qədər astroloq yetişdirmişəm. Bəziləri bu istiqamətdə davam edib, bəziləri isə ümumiyyətlə çətin bir elm olduğunu qəbul edib və uzaqlaşıb.

-Günlük bürc proqnozlarını mətbu orqanların hər biri fərqli şəkildə yazır. Bəs biz kimə inanmalıyıq?

-Çox yaxşı olardı ki, siz jurnalistlər “Bürclər haqqında günlük proqnozları mətbu orqanlar hardan əldə edir?” başlıqlı sorğu keçirəsiniz. Bu mənim özümə də çox maraqlıdır. Görəsən, o yazıları kimlər yazır?(gülür)

-Sizcə, dünyada yalnız 12 cür insan var?

-Dünyada 12 cür yox, sadəcə, 4 cür insan tipi var. Kimlik və şəxsiyyət özəlliklərinə baxsaq, hər bir şəxs bu 4 elementin bir-birindən fərqli hissələrə bölünməsidir. Hətta çox zaman eyni bürc və eyni gündə doğulan insanlar arasında xarakter cəhətdən böyük fərqlər olduğunu görürük. Yəni dünyada yalnız 12 cür insan var demək yalnış fikirdir.

-Rəqəmlərin insan taleyinə təsiri varmı? Uğurlu və ya uğursuz rəqəm anlayışı nədir?

-Rəqəmlər ölçmək, çəkmək və nəyi isə hesablamaqdan başqa heç bir rol oynamır. Zərdüştlükdə bəzi rəqəmlər müqəddəs sayılırdı. MəsələnYeri qoruyan 9 mələk olduğu üçün, 7 dəfə müqəddəs ruhlar yerə gəldiyi üçün 7 və 9 rəqəmləri xüsusi əhəmiyyət kəsb edirdi. Ümumiyyətlə uğurlu və uğursuz rəqəm anlayışı insanların inanıb və özü-özünə təlqin etdiyi bir şeydir.

-Səbuhi müəllim, bəs niyə insanlar 13 rəqəmini nəhs hesabedirlər?

-Bu xristianlıq inancından gələn bir düşüncədir. İbtidai xristian inancında deyilirdi ki, göy üzərində 12 mələk var, 13-cüsü isə iblisdir. Bundan başqa, 1453-cü ildə Osmanlı ordusu Konstantinopol şəhərini fəth etdi.1453 ədədindəki rəqəmlərin cəmi 13 etdiyi üçün (1+4+5+3=13) bu rəqəmi nəhs və uğursuz  adlandırmağa başladılar. Zaman keçdikcə bu düşüncə nəsildən-nəslə keçdi,günümüzədək gəlib çıxdı. İnsanların çoxu hələ də bu düşüncəyə inanır.

-Allahı bürclərlə təsvir etmiş olsaydınız, o hansı bürc olardı?

Mənim tez-tez işlətdiyim bir cümləm var: “Tanrı ulduzlardan daha yüksəkdə durur.” Onu bürc səviyyəsinə salmaq olmaz.

-Uzun zamandır mətbuatdasınız. Bu gün kimlərin qələmini bəyənirsiniz?

-Fəaliyyətini bəyəndiyim çox qələm sahibləri var. MəsələnHəmid Herisçi, Xalid Kazımlı, Seymur Elsevər və başqalarının adlarını çəkə bilərəm.

-Səmimi cavablara görə təşəkkür edirəm.

-Sağ olun.

Şəbnəm Qurbansoy
BDU Jurnalistika fakültəsi II kurs tələbəsi

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*