Əsas menu

Mahir Şükürov 1 milyondan imtina etdi 

Azərbaycan millisinin sabiq üzvü Mahir Şükürov Türkiyənin “Karşıyaka” klubu ilə problemini yoluna qoyub. “Qafqazinfo” xəbər verir ki, yığmamızın keçmiş müdafiəçisi qardaş ölkə klubu ilə ona olan borcları məsələsində razılığa gəlib. 

Bu barədə klub prezidentinin vəkili Gökhan Şensan məlumat verib. O bildirib ki, 2014/2015-ci il mövsümündə komandalarında oynayan Şükürova 1,5 milyon lirə borcları olub. Lakin əldə olunan razılığa görə Mahir 1 milyon türk lirəsindən imtina edib. Klub ona yalnız 500 min lirə ödəyəcək:

“Biz Mahirə 500 min lirə ödəyərək bu gün silinməli olan xallarımızın qarşısını kəsdik. Şükürova bu hərəkətinə görə çox təşəkkür edirəm. İdman həyatında uğurlar arzulayırıq”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*