Belə ki, R. Rəhmanov Rəmişin ünvanına “artıq o isimdən , o mövzudan iyrənirəm” deyib. Yenicag.az məsələyə münasibət bildirmək üçün Rəmişlə əlaqə saxlayıb. Dəstəyi yoldaşına verməyən Gülü sualımızı eşidər-eşitməz qəzəblənib:
“O kimdir ki, Rəmişin ismindən iyrənsin? Rəmişi milyonlar sevir. Biz də dünəndən onun ismindən iyrənirik. Rəmiş öz işində, öz kefində, öz dünyasındadır. O kimdir ki, onun sözlərinə reaksiya verək? Cavab versək, onu reklam etmiş olarıq. Heç Rəmişimə imkan vermərəm ki, kimlərinsə sözünü eşidib əsəbiləşsin, əhvalını korlasın. Mən verirəm onun cavabını, yazın ki, Rəhmanın sözləri külək kimi yanımızdan ötüb keçir. Heç vecimizə də deyil, nə istəyir danışsın”.