Əsas menu

Prezidentin verdiyi səhər yeməyini bəyənmədi 

Rusiyanın tanınmış teleaparıcısı Kseniya Sobçak ABŞ prezidenti Donald Trampın da  qatıldığı ənənəvi səhər yeməyi dəvətindən danışıb. 

Bizimxeber.az rus KİV-nə istinadən xəbər verir ki, aparıcı tədbirdə azı yarım saat oturub və  format xoşuna gəlməyib. Onun fikrincə, bu tamamilə faydasız və mənasız tədbirdir.

ABŞ liderinin də yer aldığı ənənəvi səhər yeməyi barədə təəssüratlarını bölüşən Sobçak ziyafətdəki söhbətləri maraqsız hesab edib: “Çıxışların heç birinin mənası yox idi. Heç öz aralarında danışa bilməyən insanlar bir arada oturmuşdular. Orada bir çox dövlət xadimləri idi və ünsiyyət üçün yaxşı fürsət yaranmışdı. Ancaq heç nə ifadə etməyən rəsmi çıxışlardan insanlar danışmağa macal tapmadılar”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*