Əsas menu

Yanına gələcəm… 

Yanına gələcəm bir qərib axşam,
sadəcə, sən hər gün yolumu gözlə.
Gələcəm sakitcə,
bəlkə də,
sənin çoxdan gözlədiyin bir kəlmə sözlə.
Payız axşamında gələcəm,
bəlkə,
bir leysan yağışda islansın tənim.
Titrək addımlarla,
gözlərimdə nəm,
gəlib dayanacam qapında sənin.
İsti otağına nəzər salacam,
Deyəcəm,
narahat etdim,
bağışla.
Sənin toxunduğun doğma əşyalar
Məni salamlayar kövrək baxışla.
Sənə söyləyəcək cox sözüm varkən,
Nitqim quruyacaq,
sözlər itəcək.
Beləcə sübhədək susub duracam,
Səhər açılacaq,
nağıl bitəcək…
Yanına gələcəm bir qərib axşam,
Sadəcə,
sən hər gün yolumu gözlə.
Gələcəm sakitcə,
bəlkə də,
sənin çoxdan gözlədiyin bir kəlmə sözlə..

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*