Əsas menu

Abşeronda polis bölməsində qumbara tapılıb – Foto 

Abşeron rayonu Mehdiabad qəsəbəsində əl qumbarası aşkarlanıb. ANAMA-dan “Qafqazinfo”ya verilən xəbərə görə, bu gün Mehdiabaddakı Polis Bölməsindən agentliyə 1 ədəd əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş polis bölməsindən 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*