Əsas menu

Kartof ən xeyirli məhsul oldu 

Kartof kifayət qədər faydasız məhsul hesab olunsa da, Ceymz Hatton İnstitutunun professoru Derek Stüart bunun tam əksini isbat edib. Bu barədə “The Daily Mail”də məlumat dərc olunub. Alimin sözlərinə görə, əslində, insan təkcə kartof yeməklə də uzun müddət sağ qala bilər.

Aparılan analiz nəticələrinə görə, kartof B9, B6 və C vitaminləri, mineral maddələr, karotinoid və polifenollarla zəngindir. Sellülozun yüksək miqdarını da unutmaq lazım deyil. İnsan gündəlik rasionda əti tərəvəz, o cümlədən kartofla əvəz etsə, ürək tutması riskini əhəmiyyətli dərəcədə azalda bilər. Araşdırma kartofun insanın zehni qabiliyyətinin inkişafına təsir etdiyini deməyə əsas verir.

Ən zəngin maddələr kartofun qabığında olur. Bişirmə üsulundan asılı olmayaraq – istər püre, istərsə də qızardılmış – onun mineral maddələri olduğu kimi saxlanılır.  Bundan savayı, kartof bir çox tərəvəzlərlə müqayisədə orqanizmi karbohidratlarla daha çox zənginləşdirir. Bununla belə, ekspertlər kökəlmə riski ilə əlaqədar fri-kartoflarla az qidalanmağı tövsiyə edir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*