Əsas menu

Keçmiş deputatın avtomobili partladıldı 

Odessa şəhərində Toyota Camry model avtomobil partlayıb. “Bizimxeber” məlumat verir ki, bu barədə Odessa vilayətinin Polis idarəsindən xəbər verilib. 

“Odessa şəhərinin Sahil bölməsinə Marazlievskiy küçəsindəki evlərdən birinin qarşısındakı dayanacaqda Toyota Camry markalı avtomobilin partlaması barədə xəbər daxil olub”,-qurumun mətbuata verdiyi xəbərdə deyilir.
Yerli nəşr olan “048”-in mənbəsinin xəbərinə görə avtomobil keçmiş Odessalı deputata məxsus imiş. Onun adı barədə heç bir məlumat verilmir.
“Bizimxeber” məlumat verir ki, hadisə yerinə operativ istintaq qrupu gedib. Araşdırma nəticəsində avtomobilin uzaqdan idarə olunan plastik korpuslu partlayıcı vasitəsilə partladıldığı məlum olub.
Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*