Əsas menu

Nazirin yaxın qohumu Yasamala icra başçısı gətirilir? 

Yasamal  RİH-nin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib. Ancaq icra başçısının kreslosu boş qalmaqda davam edir. Ümumiyyətlə, bugünədək  icra başçılarının yeri uzun müdddət boş qalmayıb, adətən bir həftə müddətində  yeni icra başçısı bəlli olub. 

İbrahim Mehdiyevin xeyli vaxtdır kreslosunun boş qalması, ümumiyyətlə, vəzifədən uzaqlaşdırılması,  onun “Mənimlə bağlı  Prezidentə düzgün məlumat verməyiblər” deməsi,  rayon ərazisindəki  JEK  rəisinin öz kabinetində  (?)  qəfil ölməsi, xeyli suallar doğurur.

Əlbəttə, bütün bunlara müvafiq orqanlar aydınlıq gətirəcək. Və icra başçısı postu uzun müddət boş qalmayacaq. NUH.az-a daxil olan məlumata görə, hazırda Yasamal rayonundakı Sovetski  deyilən ərazidə evləri plana düşən-sökülən ev sahiblərindən evin sahəsini artırmaq  üçün yığılan külli miqdarda pulun ciddi müzakirəsi gedir. Əslində yuxarıdakı sualların cavabını da burda axtarmaq lazımdır.

Bizimxeber.az-ın NUH.az-a istinadən bildirdiyinə görə, hazırda Yasamal RİH-nin başçısı postuna bir neçə namizəd var. Ancaq yaxın günlərdə bu vəzifəyə Mingəçevir şəhər icra hakimiyyəti başçısı Niyazı Bayramovun təyinatı gözlənilir.

Xatırladaq ki, keçmiş gömrük işçisi olan Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumudur.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*