Əsas menu

Cümə axşamı, Avqust 10th, 2017

 

Müğənninin bacısı həbs edildi

Müğənni Hülya Avşarın bacısı Helin Avşar haqda həbs cəzası verilib. Müğənninin bacısına 4 aylıq həbs cəzası verilib.Helin Hülyanın qızı Zəhranın sevgilisi olan Sercan Yaşarın sürdüyü avtomobildə yol polisinin yoxlanışına 20 metr məsafə qalmış yer dəyişdirərək sükan arxasına keçib. Polislərin diqqətindən qaçmayan bu hadisədən sonra onların maşını saxlanılıb. Yoxlanış zamanı H.Avşarın içkili olduğu üzə çıxıb. Hadisə ilə bağlı araşdırmalardan sonra məhkəmədə Helinin 6, Sercanın isə 2 il həbsi tələb edilib. Lakin Avşarla Yaşarın yer dəyişərək sükan arxasına keçməsini sübut edən görüntülər olmadığı üçün cəza yüngülləşdirilib. 3 ay 10 gün həbsə məhkum edilənƏtraflı oxu


Azərbaycan “İŞİDçi”ni Rusiyaya verməkdən imtina edir

Kurqansk Şəhər Məhkəməsində əslən Azərbaycandan olan, Kurqanda böyümüş 26 yaşlı Mirtağı Ağayevin cinayət işi üzrə proses davam edir, onu Suriyada “İslam dövləti” ekstremistlərinin tərəfində döyüşməkdə ittiham edirlər. Haqqin.az bildirir ki, bu barədə UralPolit.ru məlumat yayıb. Məhkəmə iclasları M.Ağayevin özünün iştirakı olmadan keçir. Rusiya nəşri bildirir ki, “o, beynəlxalq axtarışa verilib və Azərbaycanda gizlənir. Bu ölkənin hakimiyyəti onu verməkdən imtina edir, buna görə də Ağayevi qiyabi mühakimə edirlər”. İki ali təhsili olan, daim idmana böyük vaxt ayıran, tanıyanların hamısının müsbət xarakterizə etdiyi M.Ağayev doğrudanmı İŞİD tərəfində vuruşub?. Ümumiyyətlə, o, Suriyada olubmu? İstintaqƏtraflı oxu


Çindən ABŞ-a sərt ittiham

Çin Amerikaya məxsus hərbi gəminin Cənub Çin dənizindəki mübahisəli Spratli adasının yaxınlığından keçməsi ilə əlaqədar ABŞ-ı Çinin suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozmaqda günahlandırıb.   APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ÇİN XİN-nin məlumatında bildirilir. “Amerikanın “Con Makkeyn” esminesi Çin hökumətinin razılığı olmadan Nanşa (Spratli) adalarına yaxınlaşıb. ABŞ gəmisi Çinin qanunlarını, beynəlxalq hüququn müvafiq normalarını, ölkənin suverenliyini kobud şəkildə pozub, qeyd olunan sularda sülhə və sabitliyə təhlükə yaradıb”, – deyə XİN-nin bəyanatında bildirilir. Qeyd edək ki, bu gün ABŞ-ın “Con Makkeyn” hərbi gəmisi Çinin Cənubi Çin dənizindəƏtraflı oxu


“Yoldaşıma görə qorxurdum”

Əməkdar artist Ənvər Həsənov kino həyatından söz açıb. Milli.Az-a açıqlama verən məşhur aktyor ömrünü həsr etdiyi kino sənətinin çətinliklərindən danışıb: “Bütün həyatımı kinoya həsr etmişəm. Kino ağır sənətdir, hər insan bu əzab-əziyyətə qatlaşa bilmir. Bəzən illərlə şəhərdə yaşayan insan o dağ sənin, bu dağ mənim deyib çəkilişlərdə olur. Xəstələndiyimiz vaxtlar da olub, amma yenə də kinodan əl çəkməmişəm. Mən özüm bu əziyyəti görmüşdüm deyə həyat yoldaşımın filmlərdə çəkilməsini istəmirdim. Hətta ona “Qaçaq Nəbi” filmindən dəvət gələndə də onu bu təklifdən uzaqlaşdırmaq istədim. Çünki orada at çapmaq, döyüş səhnələri və s. var idi.Ətraflı oxu


Şimali Koreya münaqişəsi Asiya fond birjasına TƏSİR ETDİ

Asiya-Sakit Okean ölkələrinin fond birjası indeksləri Şimali Koreya münaqişəsi səbəbindən azalmağa başlayıb. “Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, “ATP MSCI Asia Pacific” məcmu indeksi 0,7% azalma göstərib. Yaponiyanın “Nikkei 225” indeksi 0,1%, Avstraliya “ASX” 0,1%, Hindistanın “Sensex” indeksi 0,5% azalıb. Çinin “Shanghai Composite” fond birjası indeksi 0,9%, Cənubi Koreya “KOSPI” 0,3%, Honq-Konq “Hang Seng” və Tayvanın “Taiex” indeksləri 1,4% geriləyib. Qeyd edək ki, Şimali Koreya rəsmiləri dünən ABŞ hərbi bazasının yerləşdiyi Quam adası ətrafına raket zərbələri endirə biləcəyi açıqlamasını bir daha təkrar edib.


“Nəvəm məndən uzaqlaşır”

Tanınmış diktor, xalq artisti Şərqiyyə Hüseynova yeganə nəvəsi Ayandan danışıb. Milli.Az-a açıqlama verən diktor bəzi məsələlərdə onunla ortaq məxrəcə gələ bilməməyindən şikayətlənib: “Bizim nəsil diktorlardan heç birinin yaxınları, nəvəsi valideynlərinin sənətini davam etdirmir. Mən də yeganə nəvəm – Ayanı gələcəkdə yolumun davamçısı kimi görmək istəyirdim, amma o da hal-hazırda başqa sahədə təhsil alır. Ayanla bağlı çox arzularım var. Təəssüf ki, illər keçdikcə nəvəmin məndən yavaş-yavaş uzaqlaşdığını görürəm. Əlbəttə ki, nəvəm məni çox istəyir, bu, öz yerində. Sadəcə, texniki tərəqqi ilə bağlı məsələlərdə onunla ayaqlaşa bilmədiyim üçün bəzən söhbətlərimiz tutmur. İndiki cavanların əksəriyyəti buƏtraflı oxu


İran prezidenti özünə qadın müavin və köməkçi təyin etdi

İran prezidenti Həsən Ruhaniözünə iki qadın müavin və bir qadın köməkçi təyin edib. H.Ruhani Məsumə İbtikarın prezidentin qadın və ailə məsələləri üzrə müavini, Laya Cuneydinin prezidentin hüquq məsələləri üzrə müavini, Şəhindoxt Molaverdinin isə prezidentin vətəndaşlarla iş üzvə köməkçisi vəzifələrinə təyin olunması barədə sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə islahatçı siyasətçi İshaq Cahangiri yenidən birinci müavin (vitse-prezident) vəzifəsinə təyin edilib. Bundan öncə Nazirlər Kabinetində qadınlara da yer verilməsi barədə prezidentə çağırışlar olub. Lakin yeni hökumətin tərkibi açıqlandıqda məlum olub ki, orada heç bir qadın yoxdur. Yeni hökumətdə 17 nazirdən 7-si yenidir. ÖnəmliƏtraflı oxu


Rənglərin dünyası-EHTİRASLISINIZMI?

Yaşadığımız illərdə həyatımız iradəmizdən asılı olmayaraq müxtəlif rənglərlə boyanır. Ağ günə çıxdığımız da olur, qara günün yan keçmədiyi vaxtlar da… Həyatımızın bu cür dəyişkən rəng balansına baxmayaraq insan çoxsaylı rənglər sırasında yalnız bir rəngi sevir. Təkcə ona görə yox ki, həmin rəng insanın zövqünü və gözünü oxşayır, burada həm də bir xarakter məsələsi də var. Ağ bütün rənglərin sintezi olduğuna görə ideal rəngdir. Eyni zamanda işığın parıltısını və buzun soyuqluğunu özündə əks etdirdiyinə görə bu rəng çox dərin məna daşıyır. Bu rəngə istənilən xarakterli insan üstünlük verə bilər, o heçƏtraflı oxu


Sərin hava şəraiti nə vaxtadək davam edəcək?

Sərin hava şəraiti avqustun 11-nə kimi davam edəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 30-35°, bölgələrdə 33-37° isti olacağı gözlənilir. Paytaxtda arabir güclənən şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəzlənəcək. Bu barədə AzərTAc-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib. G.Məmmədova, həmçinin qeyd edib ki, sabahdan etibarən havanın hərarəti nisbətən artsa da, hələ ki, kəskin istilər gözlənilmir.


Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində YENİLİK

Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb. “Bizimxeber” məlumat verir ki, Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq topladıqları bala uyğun vakant yerləri seçəcəklər. Seçim mərhələsi avqustun 11-i, saat 23:59-dək davam edəcək. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək. Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçiriləcək.Ətraflı oxu