Əsas menu

Şənbə, Avqust 12th, 2017

 

Rusiya süni yağış yağdıra biləcək

Tezliklə Rusiyada yarım saat ərzində yağış yağdıra biləcək avadanlığın istehsal ediləcəyi gözlənilir.”Report” Rusiya mətbuatına istinadla xəbər verir ki, “Rоstex” korporasiyası hidrometeoroloji proseslərə təsir göstərmək üçün xüsusi avadanlığın yaradıldığını elan ediblər. Texnologiyanın istehsalına 2017-ci ilin sonunda başlanılacaq. Yağış yağdıra biləcək bu qurğunun iş prinsipində yodlu gümüşdən istifadə olunub. Yaradılan vasitə artıq meşə yanğınlarının söndürülməsində sınaqdan keçirilib. Testlər uğurla başa çatıb.Qurğudan kənd təsərrüfatında, eləcə də meşə yanğınları ilə mübarizədə geniş istifadə olunacaq.


Validə gecə klubunda elə rəqs etdi ki…

Sosial şəbəkədəki paylaşımları ilə hər zaman gündəmə gələn “Miss millenium” gözəli Validə Abbasova yenə izləyicilərini heyrətləndirib.Axşam.az-ın məlumatına görə, keçmiş model bu dəfə gecə klubunda rəqs edərkən çəkilən görüntüsünü izləyiciləri ilə bölüşüb. Uzun illərdir İsveçrədə yaşayan Validənin cazibədar rəqsi ilə yanaşı, sinə və kürək dekolteli qısa libası da diqqət çəkib.


Çağla görənləri təəccübləndirdi

Türkiyəli model Çağla Şikel indi də Bodruma yollanıb.Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, model oğullarını sörf məktəbinə aparıb. Şikel “İdmana öyrəşmələrini istəyirəm” deyib. Çağlanın kiçik oğlu Uzay iti ilə oynayarkən fotokameralara tuş gəlib. Şikelin bədən forması da diqqət çəkib. Onun hədsiz arıqlaması nəzərdən qaçmayıb.


Lütfi Zadənin oğlu atasının vəsiyyətindən danışdı

“Atam dünyada qəbul olunan böyük alimlərdən biridir. Ömrü boyu elmlə məşğul olub. O, öz nailiyyətləri ilə millətinə, yaşadığı, onu yetişdirən ölkəyə həmişə başucalığı gətirib. Azərbaycanlı olduğunu da heç vaxt danmayıb. Araşdıra bilərsiniz, harada tərcümeyi-halı açıqlanırsa, orada hökmən azərbaycanlı olduğunu qeyd elətdirib. O ki qaldı atamın vəsiyyətinə, o bunu çoxdan eləyib”. “Bizimxeber” xəbər verir ki, bunu bakipost.az-a açıqlamasında tanınmış alim Lütfi Zadənin oğlu Norman Zadə deyib. Norman Zadə bir müddət əvvəl qalmaqala səbəb olmuş “Azərbaycanı özümə vətən hesab etmirəm” fikirləri ilə bağlı da danışıb. O, fikirlərinin təhrif olunduğunu deyib: “Azərbaycanda heçƏtraflı oxu


Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi

Jurnalist Elgün Mənsimov avtomobil alverçilərinin maşın alıb-satarkən etdikləri fırıldaqlarından birinin üstünü açıb. “Bizimxeber” milli.az-a istinadən xəbər verir ki, bu halla öz avtomobilini satarkən rastlaşıb: “Srağagün maşını internetdə satdığa qoydum. Üzərindən 15 dəqiqə keçməmiş 20-yə yaxın zəng gəldi. Vədələşdik, gəlib maşına baxdılar. Gələnlərin 99 faizi alverçilər idi. Baxmayaraq ki, yalandan “alverçi deyiləm” deyə israr edirdilər. Bu günədək maşının nə kondisionerində, nə də “ponorama lyuku”nda heç bir problem olmayıb. Nə isə.. Alverçilərdən biri (iki nəfər idi) maşına oturub nə edib-etmədi, düşəndə dedi ki, kondisionerlə, lyuk işləmir. Dedim ola bilməz.Yoxladım, ha gözləyirəm kondisioner soyutmur.Ətraflı oxu


Trampdan Şimali Koreyaya növbəti xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya növbəti dəfə xəbərdarlıq edib. “Bizimxeber” xarici mediaya istinadən xəbər verir ki, Nyu Cersidə təşkil edilən mətbuat konfransında çıxış edən Donald Tramp “Əgər Şimali Koreya lideri Kim Çen İn növbəti dəfə hədə yağdırsa, Quam adası və ya ABŞ-ın müttəfiqlərinin torpaqlarında hər hansı bir yerə hücum təşkil etsə, qısa müddətdə bundan peşman olacaq” açıqlamasını verib. ABŞ prezidenti həmçinin “Etdikləri onlara baha başa gələcək, ümid edirəm ki, dediklərimin ciddiliyini tamamilə başa düşəcəklər” fikirlərini səsləndirib. Qeyd edək ki, son günlərdə iki ölkə arasında gərginlik pik həddə çatıb. Tramp ŞimaliƏtraflı oxu


18 ayda 420 min qazandı

Model Kayli Cenner son iki ildə olduqca uğurlu işlərə imza atıb.Axşam.az-ın xarici KİV-ə istinadən mlumatına görə, 20 yaşlı model 18 ayda 420 min dollar pul qazanıb. Belə ki, o, iki il öncə öz adını verdiyi “Kylie Cosmetics” adlı şirkət qurub. Hazırda həmin marka ən çox kosmetika satan markalar arasında birincilər arasındadır. Mütəxəssislərin fikrincə, belə satışa davam edilərsə, 2022-ci ildə Cenner markadan 1 milyard dollar gəlir əldə edəcək.


Emin əkizləri və Əminə ilə-FOTOLAR

Müğənni-bəstəkar Emin Ağalarov sosial şəbəkədə yeni fotolarını paylaşıb. Axşam.az-ın məlumatına görə, şəkillərdə ifaçının əkizləri Əli və Mikayıl, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü Əminə yer alıb. 


İlham Əliyevdən Alim Qasımovla bağlı

Azərbaycan Prezidenti İlham Əliyev xalq artisti Alim Həmzə oğlu Qasımovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.”Bizimxeber” xəbər verir ki, o, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunub. Qeyd edək ki, avqustun 14-də A.Qasımovun 60 illik yubileyidir.


Mila Əminənin xəstəxanadan görüntüləri

Ölümü ilə bağlı söz-söhbətlər səngiməyən gənc aktrisa Mila Əminənin vəziyyətindən yeni xəbər var.İstanbulda yerləşən xəstəxanada olan primetime.az-ın əməkdaşı Milanın fotolarını çəkməyə nail olub. Şəkillərdən də göründüyü kimi, gənc aktrisa kliniki ölüm keçirib. Lakin yaxınları onun aparatdan ayırmaq istəmirlər. Milanın anası açıqlamasında bildirir ki, qızının ölümünü heç kim reklam etməsin.