Əsas menu

Çərşənbə, Oktyabr 4th, 2017

 

Cip selin altında qaldı – VİDEO

Hündür “Cip” maşını suyun altında qalıb və qaldırıcı kranla onu çıxarmağa çalışırlar. Ancaq cəhdlər uğursuz alınır.  Söhbət Yardımlı rayonunun Deryavar kəndindən gedir. Kəndin içərisindən keçən yoldan gedən sel avtomobili öz ağuşuna alıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə 5 nəfər olub. Kənd sakinlərinin köməyi ilə maşındakılar xilas edilsə də avtomobili sudan çıxarmaq hələ də mümkün olmayıb. Sakinlərin sözlərinə görə, su gələn hissədə körpü olmadığı üçün avtomobillər sel gələn ərazi ilə hərəkət etməli olur. Avtomobil yola daxil olandan sonra qəflətən artan sel isə onun hərəkətini tamamilə saxlayıb və maşının aşmaq təhlükəsi yaranıb. /xezerxeber.az/


Bakıdan uçan təyyarə Yerevanda təlaşa səbəb olub

Bakıdan Yerevana uçan və göyərtəsində Aİ-nin siyasət və təhlükəsizlik komitəsinin nümayəndələri olan təyyarə Ermənistanda təlaş yaradıb. Oxu.Az-ın News.am-a istinadən məlumatına görə, nümayəndə qrupu Bakının Heydər Əliyev hava limanından çarter reysi ilə Yerevanın “Zvartnoç” aeroportuna uçub.  Bununla əlaqədar “Zvartnoç”un saytında Bakıdan gələn təyyarə barədə elan yerləşdirilib. Bu elan erməni cəmiyyəti və KİV-də geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, Aİ-nin siyasət və təhlükəsizlik komitəsinin üzvləri Bakıda Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdükdən sonra Yerevana yola düşüblər.


Masallıda çay məcrasından çıxdı, evləri su basdı

Yağan intensiv yağışlar Masallıda bir sıra fəsadlar törədib. Boradigah çayının məcrasından çıxması səbəbindən yüzə yaxın yaşayış evinin həyətyanı sahəsi və bəzi evlərin zirzəmiləri su altında qalıb. Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib.  Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının verdiyi məlumata görə, qısa müddət ərzində yağış suları texnikaların köməkliyi ilə ərazidən uzaqlaşdırılacaq. Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti hələdə davam edir.


Pul yığan müəllim və direktorlara XƏBƏRDARLIQ – İşdən çıxarılacaqsız…

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin “146” qaynar xəttinə müraciət edə bilərlər. Bu barədə Təhsil Nazirliyindən bildirilib. Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: “Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər”. Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.


“Cahangir Hacıyev başqa bir məhkumla əlbir olaraq…” (Açıqlama)

Ədliyyə Nazirliyi Penitensiar xidmət “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Cahangir Hacıyevin cərimə təcridxanasına salınmasının səbəblərini açıqlayıb. “Qaynarinfo” xəbər verir ki, xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, qanunvericiliyə uyğun olaraq hər bir məhkuma telefon danışıqları təqdim olunur: “Cahangir Hacıyev başqa bir məhkumla əlbir olaraq, həmin məhkum telefonla danışdığı anda telefon danışıq otağına daxil olub və həmin məhkum dəstəyi Cahangir Hacıyevə verib. Bununla da daxili nizam-intizam qaydalarını pozub. Qanunvericiliyə əsasən telefon danışığına nəzarət edən əməkdaş telefon danışıqlarının dayandırılması barədə qərar qəbul edib. Bununla əlaqədar məhkum HacıyevƏtraflı oxu


Myanmanın dövlət katibinin medalı alınacaq

ABŞ-ın Oksford şəhər bələdiyyəsi Myanmanın dövlət katibi Aunq San Su Cinin “Oxsford azadlıq nişanı” medalından məhrum edilməsi barədə qərar çıxarıb. “Report” “Haber7″yə istinadən xəbər verir ki, buna səbəb myanmalı siyasətçinin Rakhayn (Arakan) ştatında müsəlman rohincaların hüquqlarının pozulmasına səssiz qalmasıdır. Tövsiyə xarakterli qərara Oksford şəhər bələdiyyə məclisinin noyabrın 27-də keçiriləcək iclasında yenidən baxılacaq. Qeyd edək ki, Aunq San Su Ci “Oxsford azadlıq nişanı” medalına 1997-ci ildə Myanmadakı demokratiya uğrunda mübarizəsi və Oksford şəhəri ilə şəxsi əlaqələrinə görə layiq görülüb. Xatırladaq ki, Oksford Universiteti də Aunq San Su Cinin binanın girişindəki portretini divardanƏtraflı oxu


Qabaqcıl müəllim “Tərəqqi” medalı ilə təltif edildi

Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyev Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə bir qrup qabaqcıl müəllim və təhsil işçisini fəxri adlarla təltif edib. Onların arasında M.Rahim adına 7 saylı tam orta məktəbin müəllimi Abdulova Şövkət Məmmədrza qızı da var. O, ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Şövkət Abdulova işlədiyi kollektivdə öz işinin mahir bilicisi olan müəllim kimi tanınır və müəllimlərin, şagirdlərinin dərin rəğbətini qazanıb. Pedaqoji fəaliyyəti dövründə daim uğurlara imza atan Şövkət Abdulova yenilikçi, innovativ müəllim kimi tanınır. Şövkət müəllimi yüksək dövlət təltifi münasibətilə təbrik edir, ona pedaqojiƏtraflı oxu


“Turan” informasiya agentliyinin hesabları yenidən donduruldu

Vergilər Nazirliyi oktyabrın 2-də “Turan” agentliyinin hesabları olan banklara hesaba daxil olan pul vəsaitlərinin agentliyin vergi borcunun ödənilməsi üçün müsadirə edilməsi haqqında göstəriş göndərib. “Turan”ın verdiyi məlumata əsasən, bu qərar agentliyin oktyabrın 1-dən işini bərpa etməsindən sonra banklara göndərilib.  Sentyabrın 5-də də banklara belə bir göstəriş göndərilmişdi, amma sentyabrın 15-də Vergilər Nazirliyi agentliyin hər-hansı borcunun olmaması haqqında məlumat göndərdikdən sonra ləğv edilmişdi. Amma sentyabrın 18-də Vergilər Nazirliyi yenidən agentliyə 37 min manat ölçüsündə borcun bərpa edildiyi haqqında bildiriş göndərib. Xatırladaq ki, “Azərbaycan” qəzetinə müsahibəsində baş prokuror Zakir Qaralov bildirib ki,Ətraflı oxu


Kataloniya prezidenti: «Bir neçə günə müstəqillik elan ediləcək» (FOTOLAR)

Oktyabrın 1-də keçirilən müstəqillik referendumu İspaniya mərkəzi hökuməti və kral tərəfindən tanınmayan Kataloniya qərarını verib. Muxtariyyət müstəqilliyini elan etməklə bağlı qərar qəbul edib.  Polis maneəsi səbəbindən səsvermə hüququ olan vətəndaşlarının cəmi 42 faizinin qatıldığı referendumda seçki qutusundan çıxan səslərin 90 faizi müstəqillik leyhinə olub. Bu gün BBC-yə açıqlama verən Kataloniya muxtariyyətinin prezidenti Karles Puyqdemont İspaniyadan rəsmən ayrılacaqlarını və bir neçə gün içində müstəqilliklərini elan edəcəklərini açıqlayıb. Bu arada Kataloniyada etiraz aksiyaları davam edir. İspaniya hökumətinə qarşı başlayan ümummilli tətil bütün muxtariyyəti bürüyüb. Barselona, Girona, Lleyda kimi böyük şəhərlərdə küçələrə çıxanƏtraflı oxu


MKİ-nin rusca bilən agent axtarışına Rusiyadan cavab: Biz hazırıq

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rus dioini bilən, universitet məzunu olan və milli təhlükəsizliklə maraqlanan işçilər araması ilə bağlı “Twitter” hesabından verdiyi iş elanına zarafatla reaksiya verib.  MKİ-nin iş elanında “MKM-də dilçi olaraq nələr edə biləcəyinizi bilirsiniz? deyilir və şifrəli şəkildə yer verilən mətndə cəsuslara “həqiqətləri üzə çıxarmaq” kimi nəcib bir missiyanın veriləcəyi qeyd edilirdi. MKİ-nin iş elanına Rusiya XİN-i rus və ingilis dilində reaksiya verib. Nazirliyin cavabında “Rus dilinin dəstəklənməsi və təşviqatına görə MKİ-yə təşəkkür edirik. Niyə bunu gizlədirsiniz? Biz mütəxəssislər və təkliflərlə sizə köməkƏtraflı oxu