Əsas menu

Cümə, Oktyabr 20th, 2017

 

Saakaşviliyə görə Poroşenkonu mühakimə edə bilərlər

Kiyevin Peçer Rayon Məhkəməsi Ukrayna Milli Polisinə ölkə prezidenti Pyotr Poroşenko barəsində cinayət işi başlamağı tapşırıb. Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu Ukrayna baş prokurorunun keçmiş müavini, vəkil Renat Kuzmin özünün “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, məhkəmə P. Poroşenkonun Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna vətənaşlığından qanunsuz məhrum etməsi qənaətinə gəlib: “Məhkəmə Ukraynanın daxili işlər naziri Arsen Avakovu Saakaşvilini vətəndaşlıqdan məhrum etdiyi üçün Pyotr Poroşenkoyay qarşı cinayət işi başlamağa məcbur edir”. Vəkilin sözlərinə görə, bir müddət əvvəl M.Saakaşvilini vətəndaşlıqdan məhrum etdiyi üçün prezident P.Poroşenko və onun tabeliyində olanlara qarşı cinayətƏtraflı oxu


İnterpol Nizami Bayramovu axtarışa verdi

Azərbaycanda mənimsəmədə təqsirləndirilən daha bir şəxs beynəlxalq axtarışa verilib. “Trend”in məlumatına görə, 1976-cı il təvəllüdlü Nizami Bayramov mənimsəmədə ittiham olunub. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən N.Bayramov barəsində cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb. Azərbaycanın məhkəmə orqanı tərəfindən N.Bayramov haqqında həbs qətimkan tədbiri seçilib və onun saxlanılaraq istintaqa təhvil verilməsi barədə qərar çıxarılıb. İnterpol həmin qərar əsasında N.Bayramov barəsində beynəlxalq axtarış elan edib.


Məşhur müğənninin evini yardılar

Məşhur amerikalı müğənni Merayya Kerinin evində oğurluq hadisəsi baş verib. “Bizimxeber”in “TMZ”ə istinadən verdiyi məlumata görə, müğənninin Los-Ancelesdəki evinə girən naməlum şəxslər  50 min dollar dəyərində günəş eynəkləri və pulqabılarını oğurlayıblar. Faktla bağlı araşdırmalar aparılır.


33 ton pomidorumuz Rusiyaya buraxılmadı

Rusiyanın Dağıstan Respublikasında Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidmətinin əməkdaşları (“Rosselxoznadzor”) Azərbaycandan gətirilən 33 tondan çox pomidor məhsulunun ölkəyə daxil olmasına icazə verməyib. Oxu.Az-ın xəbərinə görə, səbəb kimi fitosanitar sertifikatda məlumatın tam dolğun olmaması göstərilir. Yükün sahibi karantin məhsulunun idxalı və ixracı qaydalarını pozduğuna görə Rusiya Federasiyasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib.


İraq qüvvələri ilə peşmərgə arasında toqquşma baş verib

İraqın şimalında, Ərbil-Kərkük avtomobil yolunda İraq ordusu ilə kürd peşmərgə qüvvələri arasında şiddətli döyüşlər başlayıb. Оxu.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İraq silahlı bölmələri Kərkükün Altınkörpü qəsəbəsində nəzarəti ələ keçirdikdən sonra kürd peşmərgə qüvvələrinin mövqelərinə yaxınlaşıb və nəticədə toqquşma başlayıb. Döyüşlər nəticəsində peşmərgə qüvvələrinə məxsus bir neçə texnika sıradan çıxıb. Yaralıların olduğu bildirilir.


Mənzil bazarında QİYMƏTLƏR

2017-ci ilin sentyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər 0,46 faiz artıb. Bunu Trendə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, ilkin mənzillər istisna olmaqla, bazarın əsas seqmentləri sentyabrda artım nümayiş etdirib: “İkinci mənzil bazarında qiymətlər 3,25 faiz, torpaq bazarında 1,61 faiz, kommersiya obyektləri bazarında 1,5 faiz artıb. Mənzil kirayəsi sentyabr ayında 4,63 faiz, kommersiya obyektlərinin kirayəsi 5,75 faiz bahalaşıb. İlkin mənzil bazarında qiymətlərə gəlincə, sentyabrda bu, 6,56 faiz azalıb”. Ekspert qeyd edib ki, ilin əvvəlindən bazarda qiymətlər 3,28 faiz azalıb: “Mənzil kirayəsiƏtraflı oxu


Məşhur “avtoritet” pul qarşılığında AZADLIĞA ÇIXDI

Niderland məhkəməsi, oktyabrın 18-də çeçen kriminal avtoritet, oğru dünyasında “Şeyx Həmzət” adı ilə məşhur olan Həmzət Qastəmirov və onun yaxın adamları girov və yüksək vergi ödəyicisi olan üç biznesmenin zəmanəti müqabilində azadlığa buraxıb. “Bizimxeber”in  xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbə məlumat verib. Qastəmirov öz azadlığına görə, məhkəməyə 3,6 milyon avro ödəməli olub. Xatırladaq ki, Hollandiya hökuməti çeçen əsilli kriminal avtoriteti saxta pasportdan istifadə etməkdə və qanunsuz odlu silah gəzdirməkdə ittiham edib. Amsterdamın hüquq-mühafizə orqanlarının əməkdaşları, “Sxiphol” hava limanı yaxınlığında əməliyyat həyata keçirərək, kriminal avtoriteti və onun adamlarını saxlayıblar.Ətraflı oxu


Jirinovski: Azərbaycan Rusiyanın tərkibinə daxil edilməlidir

Azərbaycanlılar və ermənilər arasında yaşanan Dağlıq Qarabağ münaqişəsi ərəblərlə yəhudilərin Qüds uğrunda mübahisəsini xatırladır. Onlar özləri bu münaqişəni heç vaxt həll edə bilməyəcəklər. Yalnız üçüncü tərəfin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkündür. Oxu.Az-ın xəbərinə görə, bu barədə Moskva-Bakı nəşrinə müsahibəsində Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski deyib. Deputat qeyd edib ki, Rusiya İmperiyası və SSRİ-nin tərkibində sərhədlər tam aydın deyildi və inzibati bölgünün elə bir əhəmiyyəti yox idi: “Ermənilər Bakıda, azərbaycanlılar isə Ermənistanın müxtəlif rayonlarında yaşayırdılar. Lakin sonradan sərhədlər müəyyənləşdi və hər iki ölkə Dağlıq QarabağıƏtraflı oxu


Üzərində Ermənistan bayrağı olduğu deyilən avtomobilin sahibi: “Biz elə adamlar deyilik” – FOTO

Bakıda üzərində Ermənistan bayrağının rəngləri olduğu deyilən avtomobilin sahibi Şahin Xanəliyev məsələyə aydınlıq gətirib. Ş.Xanəliyev açıqlamasında bildirib: “Mən özüm Çexiyada yaşayıram. Bu gün Azərbaycana gəlmişəm və avtomobili məhz bu gün idarə etmişəm. Ancaq o avtomobili təqribən 5 il əvvəl Bakıda avtosalonlardan birindən almışam. Avtomobili aldığım zaman üzərində həmin işarə olub. Bu, Ermənistanın bayrağı deyil. Necə ola bilər ki, avtomobilin üzərində Ermənistanın bayrağı olsun, mən də ona göz yumum?! Ola bilər rənglər hansısa formada uyğun gəlsin, ancaq Ermənistanın bayrağı deyil”. Ş.Xanəliyev artıq həmin rəngi pozdurduğunu deyib: “Artıq emblemin üzərindəki narıncı rəngi pozdurmuşam.Ətraflı oxu


Sabah Gürcüstanda seçkilər keçiriləcək

“Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçki keçiriləcək. Gürcüstan qanunvericiliyinə görə, oktyabrın 21-i ölkədə qeyri-iş günüdür”. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya oktyabrın 20-də keçirdiyi brifinqdə deyib. MSK sədri deyib ki, sabah seçicilər 2058 bələdiyyə üzvü, 64 şəhər meri və 64 şura üzvünü seçəcəklər. Seçkilərlə əlaqədar 22 siyasi partiya, 5 seçici bloku və təşəbbüs qrupu MSK-da qeydiyyatdan keçib. T.Jvaniyanın sözlərinə görə, seçkilərdə 369 şəxsin mer vəzifəsinə, o cümlədən 13 nəfərin Tbilisi şəhər meri vəzifəsinə namizədliyi irəli sürülüb. Majoritar namizədlərin sayı 4727, partiyaƏtraflı oxu