Bu haqda azxeber.com-a Nigarın bacısı Aytən İsmayılova məlumat verib. Müraciəti olduğu kimi təqdim edirik: “Çox hörmətli Mehriban xanım!  Sizin mərhəmətiniz sonsuzdur. Hər zaman ağır vəziyyətdə olan insanların son ümud yeri kimi onlara yardım etmisiniz.  Azərbaycanın neçə-neçə tanınmış vətəndaşları və adları bizə məlum olmayan insanlar var ki, sizin mərhəmətiniz sayəsində yenidən həyata qayıdıblar.
Bu gün hamımızın sevimlisi Nigar İsmayılqızı həyatla ölüm arasında yaşam mücadiləsi aparır.  Azərbaycanda və Türkiyədə məşhur olan, öz istedadı və qələmi ilə yüzminlərin sevimlisinə çevrilən yazıçı-jurnalist Nigar İsmayılqızı hazırda ağır vəziyyətdə Leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir.