Əsas menu

Noyabrdan Bakıda “Formula 1”lə bağlı tikinti işləri başlayacaq 

Gələn ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan Formula 1 Qran Prisi ilə bağlı planlar açıqlanıb. Bakı Şəhər Halqasının marketinq və kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai bildirib ki, Formula 1-ə maraq hər il 30 faizə qədər artır və həm yerli sakinlər, həm xarici qonaqlar yarışmaya daha böyük maraq göstərirlər.

N.Arpadarai deyib ki, bu il yarışmaya bilet satışına daha tez, yəni oktyabrın axırları start verilməsi nəzərdə tutulur: “Bu dəfə də bilet satışı Azərbaycan vətəndaşları üçün endirim kampaniyası ilə başlayacaq. Biletlərin tez satışına başlanılması onunla bağlıdır ki, xaricilər planlarını əvvəldən qururlar”.

Şöbə müdiri yarışların 5 il tamam olduqdan sonra uzadılması məsələsinə də toxunub: “Yarışların uzadılması ilə bağlı danışıqlar gedir, ancaq neçə il uzadılacağı hələlik məlum deyil”. Şöbə müdiri əlavə edib ki, noyabr ayından yarışla bağlı tikinti işlərinə start veriləcək. (Trend)

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*