“Report” xəbər verir ki, o, belə bir qadağanın olmadığını deyib. O qeyd edib ki, özəl televiziya kanalları öz fəaliyyətlərində tam müstəqildirlər: “Onlar proqram və yaradıcılıq siyasətində də azaddırlar.
Onlar mövcud “Televiziya və radio yayımı haqqında” qanuna uyğun olaraq fəaliyyətlərini qururlar. Kimləri öz efirlərində görmək istəyirlərsə də bu onların şəxsi qərarlarıdır. Ona görə də bu kimi sualları onlara ünvanlamağınız məsləhətdir”.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl prezident İlham Əliyevin incəsənət nümayəndələri ilə görüşündə Tahir İmanov “Planet Parni iz Baku” KVN Teatrına özəl televiziyalarda qadağa qoyulduğunu bildimişdi. Həmçinin cavab olaraq prezident də “sizə kimsə qadağa qoya bilməz” cavabını verərək kanal rəhbərlərinə tövsiyyələr vermişdi.
İndi isə MTRŞ sədrinin bu gözlənilməz açıqlaması ortaya ciddi suallar qoyur. Əcəba, Tahir İmanov nədən prezidentə olmayan qadağanı desin.  Və yaxud doğrudan da belə bir qadağa varsa nədən Nuşirəvan Məhərrəmli İmanovu təkzib edir? Yəqin ki, bu açıqlamaya qarşı tərəfin mövqeyi də olacaq. O zaman kimin düz danışdığını biləcəyik.