Aslan Lətifov – Məhkum (Cəzası: 7 il): “1957-ci ildə Ağdaşda anadan olmuşam. Poçt idarəsində şöbə rəisi işləmişəm. Ata-bala məhkum olanda ailə üçün çətindir. Oğlum əfv olunandan sonra yenə tutuldu. Xahiş etmişik ki, oğlum da yanıma gəlsin. İnanıram ki, ailəyə köməklik göstəriləcək.
Prezidentə təşəkkürümü bildirirəm ki, müharibə dövründə məhkumlar üçün belə şərait yaradılıb. Saxta sənədə görə həbs olunmuşam. Çox peşmanam. Möhürlü sənədlər gəlmişdi. Saxta olduğunu sonradan bildim. 416 min yeyinti olmuşdu. Ortaqlarım da içəridədir”.
Məhkum həbsdəki oğlundan başqa 2012-ci ildə faciəvi şəkildə ölən böyük oğlundan da danışıb: “Böyük oğlum 2012-ci ildə rəhmətə gedib. Rusiyada uşaqlar dalaşanda bir azərbaycanlını rusiyalı bıçaqlayıb.
Qışqırıb ki, Nizam, gəl kömək et. Bu gedəndə rusiyalı bıçağı düz ürəyinə vurub. Digər oğlumun həbsxanaya düşməsində özümü günahkar bilirəm ki, azadlıqda olsaydım qarşısını alardım. Allah heç bir valideyni mənim düşdüyüm vəziyyətə düşürməsin.
Həbsxanada şərait nə qədər də yaxşı olsa o demək deyil ki, yaxşıyam. Hərdən qapını bağlayıb ağlayıb rahatlanıram. Efirdə kömək istəməyə utanıram. Bu günah mənim belimdədir”.