Əsas menu

Ölkəyə banan idxalı artıb – SƏBƏB 

Bu ilin birinci rübündə Azərbaycana 8,8 min ton banan idxal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu məşhur tropik meyvənin idxalı 23,6% artıb. Bu il Ekvador (8771,7 ton), Kosta Rika (41,9 ton) və Çindən (1,4 ton) banan idxal edilib.

Bir kiloqram meyvə 0,72 dollara, 2017-ci ilin birinci rübündəkindən 5 sent ucuz bəyan edilib. Azərbaycana banan idxalı, əsasən, “Asadov Kapital Azerbaycan” şirkəti tərəfindən həyata keçirilir. 2017-ci ildə Azərbaycana 25.7 min ton banan idxal edilib.

İqtisadçı-ekspert Qubad İbadoglu hesab edir ki, ölkədə banan istehlakının artımı onun qeydiyyatsız idxalının azalması ilə izah oluna bilər.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*