Əsas menu

Ordumuz hazırlaşsın: Yerevan təxribat törədəcək 

Hesab edirəm ki, Ermənistandakı siyasi qüvvələr daxili məsələlərlə bağlı atəşkəsi poza bilər. Ona görə də Milli Məclisin xüsusi iclasını çağırmalıyıq. Virtualaz.org-un məlumatına görə, bunu parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Qarabağla bağlı xüsusi iclasın çağırılmasını zəruri sayan millət vəkili qeyd edib ki, təxribatçılar cəbhədə atəşkəsi iri miqyasda poza bilər: “Biz qərar qəbul edib, torpaqlarımızın azad olunması üçün imkanlardan vaxtında istifadə etməliyik. Çünki gözlənilən odur ki, Ermənistanda tezliklə vətəndaş müharibəsi baş verəcək. Biz vəziyyəti diqqətlə izləməliyik”.

Millət vəkili bildirib ki, hazırkı durumda Azərbaycan Ordusu torpaqları azad etməyə hər an hazır olmalıdır: “Biz artıq Rusiya ilə danışıqlar aparmalıyıq. Ordumuz səfərbər olmalıdır ki, atəskəs pozulduğu halda torpaqları azad edək”.

Spiker Oqtay Əsədov isə millət vəkilinin təklifinə belə münasibət bildirib: “Hər birinizi əmin edirəm ki, Azərbaycan Prezidenti, Ordusu istənilən təxribata hazır vəziyyətdədir”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*