Əsas menu

Ordumuz peykdən istifadə edir – FOTO 

Müdafiə  naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub. 

Bizimxeber.az nazirliyin saytına istinadən xəbər verir ki, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq “Azərkosmos” ASC-nin peyki üzərindən fəaliyyət göstərir.

Bu peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçün təyin edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Ordusunun rabitə vasitələrinin texniki xidmət və təmiri Mərkəzinin yeni istifadəyə verilmiş bölmələrinin açılışında da iştirak edib.

Z. Həsənov mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, eləcə də texniki, xidməti, inzibati otaqlar və saxlanclarda yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına mərkəzdə texniki xidmət göstərilir və onlar qısa müddətdə tam təmir olunaraq yenidən sıraya qaytarılır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*