Əsas menu

“Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır” 

“Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində qapalı toplantı keçirir. Paşinyan böyük ehtimalla ordu daxilindəki vəziyyətdən narahatdır”.

Bu sözlərlə politoloq Elxan Şahinoğlu çıxış edib. Onun sözlərinə görə, hərbçilərlə komandirlər arasında münasibətlər sistemində ciddi problemlər var: “Hərbçilərin hərbi hissəni tərk edərək etiraza baş vurmaları müharibə vəziyyətində olan dövlət üçün ciddi siqnaldır. Üstəgəl İrəvandakı “Əsgər anaları” komitəsi də fəallığını azaltmır, gənclərin Dağlıq Qarabağda xidmətinə etiraz edir. Paşinyan oğlunu Dağlıq Qarabağa xidmətə göndərəndə elə bilirdi ki, bununla siyasi xal qazanacaq və başqalarına nümunə olacaq. Olmadı. Düşmənin təmas xəttində nə qədər çox itkisi olarsa biz Ermənistan ordusunda və cəmiyyətində daha çox təlatümlərin şahidi ola bilərik”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*