Əsas menu

Penitensiar Xidmətin əsgəri özünü güllələdi? 

Ötən gecə Penitensiar Xidmətin Mühafizə alayında intihar hadisəsi baş verib. Bizimesr.az -ın verdiyi məlumata görə, hələlik adı məlum olmayan 12-ci bölüyün əsgərinin özünü avtomat silahla vurdugu və nəticədə ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilir. 

***
Bizimxeber.az-ın araşdırması nəticəsində bəlli olub ki, yaralanan əsgər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırıldığı və Orxan Qarayev soyadlı əsgər olduğu deyilir.

Xəstəxanadakı mənbələrdən verilən məlumata görə, ilkin ehtimalla əsgərin ehtiyatsızlıqdan, silahla düzgün davranmadığı üçün özünü vurduğu deyilir. Əsgərin səhhətinin orta agır olduğu bildirilir.

Məlumat üçün bildirək ki, bu Penitensiar Xidmətin Mühafizə Alayında baş verən ilk hadisə deyil. Anoloji hadisə bir müddət əvvəl də 7-ci bölükdə əsgər öz yoldaşlarını (iki əsgəri) güllələmişdi. Bu hadisələrin baş vermə səbəbləri barədə içtimaiyyətə dəqiq bilği verilməsə də, hadisələrin əsasən silahdan ehtiyatsız davranma səbəbi daha qabarıq önə çəkilir.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*