Əsas menu

Petek Dinçöz Gəncə Beynəlxalq Xəstəxanasında – Fotolar + Video 

Dekabrın 1 də Gəncə Beynəlxalq Xəstəxanasında “Uşaqlar üçün Pulsuz Nevroloq konsultasiyası” aksiyası baş tutub. Eyni tarixdə konsert proqramı ilə Gəncə şəhərində olan Türkiyənin məşhur estrada ulduzu Petek Dinçöz bu aksiyaya dəstək olmaq üçün xəstəxanaya təşrif buyurub. 

Qafqaz regionunda Amerika Səhiyyə Standartlarına uyğun xidmət göstərən İlk xəstəxana ünvanını daşıyan Gəncə Beynəlxalq Xəstəxanası ambulator və stasionar müalicə xidmətləri ilə yanaşı, 24 saat Təcili Tibbi Yardımıyla daim sağlamlığınızın keşiyindədir. 2015-ci ildən fəaliyyət göstərən xəstəxananın hər bir bölməsi dünya standartlarına uyğun müasir tibbi avadanlıq və alətlərlə təchiz olunmuşdur. Xəstəxanada 27 tibbi bölmə, 50-dən çox yerli və əcnəbi mütəxəssis həkim fəaliyyət göstərir.

Gəncə Beynəlxalq Xəstəxanası 2016-cı ildə Amerikanın Joint Commission International təşkilatı tərəfindən 1200-dən çox kriteriya üzrə yoxlamalardan uğurla keçərək ümumdünya səhiyyə standartı akkreditasiyasını əldə etmiş və xüsusi fərqləndirici qızıl nişanla təltif edilmişdir. Bu günə qədər dünyada cəmi 1000 xəstəxana bu ünvana layiq görülmüşdür və Gəncə Beynəlxalq Xəstəxanası bu tibb mərkəzləri içində JCI akkreditasiyasını əldə etmiş ən gənc xəstəxanadır.

Gəncə Beynəlxalq Xəstəxanasında mütəmadi olaraq endirim aksiyaları və pulsuz müayinə günləri təşkil olunmaqdadır. Kampaniyalardan yararlanmaq üçün rəsmi internet və sosial şəbəkə səhifələrini izləməyi unutmayın!

Gəncə Beynəlxalq Xəstəxanası təqdim edilən video materiala görə Petek xanıma və onun çəkiliş qrupuna təşəkkür etdiyini bildirib. Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 60D, ASAN xidmətin yaxınlığında

Telefon: Çağrı Mərkəzi (022) 303

Mobil və WhatsApp: 055 500 71 00

Internet səhifəsi: www.gbx.az






Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*