Əsas menu

Polis valideynlərini döyən oğulu axtarır 

Dünən axşam saatlarında Daşkəsən rayonunun Qabaqtəpə kənd sakinləri 77 yaşlı İlyas Bağırov və həyat yoldaşı, 64 yaşlı Tamara Bağırova ağır dərəcəli bədən xəsarətləri ilə Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən araşdırma aparılıb, hadisə yerinə baxış keçirilib. Üzərində qana bənzər ləkələr olan odun parçası və digər predmetlər götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, ahıl yaşlı ər-arvad doğma övladları Firdovsi Bağırov tərəfindən vəhşicəsinə döyülüblər. F.Bağırov yaşadığı evdə şəxsi münasibətlər zəminində onların baş və üz nahiyələrinə odun parçası ilə çoxsaylı xəsarətlər yetirib.

2011-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq məhkum olunan, iki il öncə azadlığa çıxan 44 yaşlı F.Bağırov valideynləri ilə eyni evdə yaşayıb. İki dəfə ailəli olub, boşanıb. Onun hadisəni içkili vəziyyətdə törətdiyi, daha sonra isə qaçdığı bildirilir. Hazırda F.Bağırovun tutulması üçün əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bizimxeber.Az


(Sonraki) »



Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*