Əsas menu

Poroşenko və Zelenski canlı yayımda söz güləşdirdi – VİDEO 

“1+1” telekanalının “Pravo na vlasty” proqramının efirində Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko və dövlət başçısı postuna namizəd olan Vladimir Zelenski arasında mübahisə düşüb. Hadisənin görüntüsü proqramın “Facebook” səhifəsində dərc olunub.

Namizədlər arasında telefon rabitəsi qurulub. P.Poroşenko V.Zelenskini studiyada debata dəvət edib. Sonuncu bunun mümkün olmadığını, Fransa prezidenti Emmanuel Makronla görüşü ilə əlaqədar Parisdə olduğunu söyləyib.

Zelenski əmin edib ki, P.Poroşenko onun harada olduğunu, əslində, çox yaxşı bilir. Ona görə Ukrayna Təhlükəsizlik Xidmətinin avtomobilləri aeroporta gedən zaman onu yol boyu müşayiət edib. Bundan başqa, Zelenski debatın razılaşdırıldığı kimi, aprelin 19-da Kiyevin “Olimpiya” stadionunda keçiriləcəyini xatırladıb.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*