Əsas menu

Putinlə Nazarbayev arasında gizli söhbət olub 

Rusiya prezidenti Vladimir Putin bu gün günorta Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefonla danışıb, ancaq söhbətin məzmunu açıqlanmır.

Bunu TASS  agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Nazarbayevin istefasından əvvəl iki lider arasında təmasın olub-olmadığı barədə sualı cavablandırarkən deyib.

“Bu gün gündüz prezident Putinin prezident Nazarbayevlə telefon söhbəti olub, amma biz bu danışığın məzmunu  barədə informasiyaya malik deyilik”, – o deyib. “Kremlin mətbuat xidməti hazırda bunu heç cür şərh etmir”, – Peskov əlavə edib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*