Əsas menu

“Qəbələ” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a qarşı 

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək. “Qafqazinfo” xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutacaq. 

Günün ilk matçında “Keşlə” “Sumqayıt”ı qəbul edəcək. Azərbaycan çempionatlarında dəfələrlə qarşılaşmış komandalar ilk dəfə kubokda üz-üzə gələcəklər.

Qəbələdə isə bu şəhərin eyniadlı təmsilçisi “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar indiyə qədər ölkə kubokunda 3 oyun keçiriblər. Hər 3 qarşılaşma eyni hesablı heç-heçə ilə başa çatıb – 1:1. Duellərin ikisinin taleyinə penaltilərdə aydınlıq gəlib. “Neftçi” 4 il öncə finalda, iki il öncə isə yarımfinalda qələbə qazanıb.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları

12 aprel

16:00. “Keşlə” – “Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev.
Bakı. “İnter Arena”.

18:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov.
Qəbələ şəhər stadionu.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*