Əsas menu

Qəzada ailənin bir üvzü öldü, daha üçü xəsarət alıb 

Bu gün səhər saatlarında yeni Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 67-ci km-də ağır yol-nəqliyyat qəzası baş verib. Lerik rayonunun Xanəgah kəndinin sakini, 26 yaşlı Pərviz Alim Quliyevin idarə etdiyi 99-NT-962 dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı avtomaşın hərəkətdə olarkən arxadan “KamAZ” markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində sürücünün dayısı olan 53 yaşlı Adil Həmid oğlu Diniyev aldığı ağır xəsarətdən hadisə yerində dünyasını dəyişib. Avtomaşında olan sürücünün anası Zinət Həmid qızı Quliyeva, dayısının həyat yoldaşı, 51 yaşlı Gülnaz Hənhəm qızı Fətullayeva və dayısı qızı, 19 yaşlı Nisə Adil qızı Dinili müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakla bağlı Baş Dövlət Yol Polisində araşdırmalara başlanılıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*