Əsas menu

Qadınlara qənim kəsilən soyğunçular ələ keçdi 

Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə sentyabrın 27-də Bakı şəhər sakini V.Abıyeviniçərisində noutbuku, mobil telefonu və sənədləri olan çantasının açıq talama yolu ilə alınması, sentyabrın 30-da isə Bakı şəhər sakini Y.Abbasovaya zor tətbiq edilərək içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının alınması barədə müraciətlər daxil olub.

Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Rufullayev olduğu müəyyən edilib.

Oktyabrın 7-də, saat 01:00 radələrində Bakı şəhər sakini R.Hüseynovazor tətbiq edən şəxsin onun 142 manatını və mobil telefonunu alması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət daxil olub.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən iki nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Asim Məmmədov və Abşeron rayon sakini Cavad Niyazov olduqları müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*