Əsas menu

Qalkin Kirkorovu öldürtdürmək istəyirmiş – Allaya görə 

Rusiyanın Xalq artisti Filipp Kirkorova 2017-ci ildə Mahaçqalada keçirilən konsertdə edilən sui-qəsd cəhdinin təffərrüatı ortaya çıxıb. 

Rusiyanın “Kommersant” nəşri məlumat verir ki, terror hücumunun hazırlanmasında əsas rolu olan Xıdırnəbi Kozuyev hüquq-mühafizə orqanlarına ifadəsində sifarişçinin məşhur aparıcı Maksim Qalkin olduğunu iddia edib. 

Şübhəli şəxs bildirib ki, Qalkin hazırda həyat yoldaşı olan Xalq artisti Alla Puqaçovanı keçmiş əri Kirkorova qısqandığına görə belə addım atıb.

X. Kozuyev ona Filippin ölüm əmrinin verildiyini, bunun qarşılığında 2 milyon rubl, telefon və SİM kart alındığını bildirib. O, pulu partlayıcı qurğulara xərclədiyini, lakin hadisədə xeyli adamın öləcəyini düşünüb geri çəkildiyini qeyd edib.

Qeyd edək ki, Rusiya Milli Anti-Terror Komitəsi (NAC) 2017-ci ilin oktyabrında İŞİD-in 4 üzvünün saxlanılması barədə məlumat yaymışdı. Bildirilmişdi ki, ekstremistlər partlayış törətməyə cəhd etməkdə ittiham olunublar.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*